Vaşinqtondan Brüssel görüşü ilə bağlı açıqlama
Avqust 31
16:33
2022
"Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh razılaşmasına nail olmağa çağırırıq".
"AzPolitika.info" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
ABŞ rəsmisi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu gün Brüsseldə keçirəcəyi üçtərəfli görüşündən gözləntilərini açıqlayarkən belə deyib.



