SON XƏBƏR

"Vaşinqton və Tehran birbaşa danışıqlar aparır"- Tramp

Aprel 08
00:28 2025
Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır və ABŞ İranın nüvə inkişafı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verir.

"Report” xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.

Onun sözlərinə görə, şənbə günü (Aprelin 12-si) ABŞ və İran arasında yüksək səviyyəyə yaxın təmas olacaq:

"Biz İranla birbaşa danışıqlar aparırıq. Danışıqlar şənbə günü də davam edəcək. Çox vacib görüşümüz olacaq və nəticəsinin nə olacağını görəcəyik. Düşünürəm ki, hamımız razılaşırıq ki, razılığa gəlmək aşkar olanı etməkdən daha yaxşıdır”, - deyə o bildirib.

ABŞ Pezidenti əlavə edib ki, o, razılığın əldə olunacağına ümid edir, çünki alternativ variant onun iştirak etmək istədiyi yol deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook