Vaşinqton sülhməramlıların Ukraynada yerləşdirilməsinin mümkünlüyünü nəzərdən keçirir
Dekabr 20
14:22
2017
Sülhməramlıların Ukraynada yerləşdirilməsi ilə bağlı fikir ayrığı Rusiya və ABŞ arasında hələ də qalmaqdadır. Buna baxmayaraq, sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü ciddi nəzərdən keçirilir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Xezer Nauert bildirib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın Donbasdakı vəziyyətin beynəlxalq nəzarətə götürülməsinə qarşı olmadığını, bunun yalnız tərəflər arasında birbaşa danışıqlar əsasında həll edilməsinin vacibliyini vurğulayıb. V.Putin, həmçinin, sülhməramlıların Donbasda yalnız təmas xəttində yerləşdirilməli olduğunu qeyd edib.
Kiyev isə hesab edir ki, BMT missiyasının daha geniş mandata malik olmalı və Rusiya sərhədinədək - Donbasın bütün ərazisində yerləşdirilməlidir.