SON XƏBƏR

Vasif Talıbov inhisarçılığa və bahalığa qarşı tapşırıq verib

Fevral 10
23:19 2016
Bu gün Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada iqtisadiyyatın inkişafı ilə bağlı prioritetləri açıqlayıb.
 
APA-nın məlumatına görə, V. Talıbov deyib ki, Naxçıvan İqtisadiiyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını davam etdirməli, daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır.
 
V. Talıbov bildirib ki, istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır.
 
Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınmalıdır. Ali Məclisin sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook