SON XƏBƏR

Vaqif Bayatlı əməliyyat olunur

Avqust 10
11:20 2016
Bu gün - avqustun 10-da şair Vaqif Bayatlının əməliyyat olunacağı bildirilir.
 
Azadlıg.org xəbər verir ki, bu barədə Feysbuk səhifəsində şair, sosioloq Əhməd Qəşəmoğlu yazıb:

"Bugünkü (dünən, avqustun 9-u) konsilium cərrahiyyə əməliyyatını vacib hesab edib. Sabah bu gözəl insanın beynində cərrahiyyə əməliyyatı aparılacaq. Gəlin hamımız əməliyyatın uğurlu keçməsi üçün dua edək".
 
Ancaq Əhməd Qəşəmoğlu Vaqif Bayatlının dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini yazmayıb.
 
Şair Vaqif Bayatlı səhhətində problemlər yarandığından təcili Türkiyəyə aparılıb. Şairin əməliyyat olunması gözlənilirdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook