Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu
Yanvar 13
12:40
2016
Azərbaycanda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri bağlandı.
Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri verib. Bu gün onlara lisenziyaların ləğv edildiyini və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyuta dəyişmə məntəqələri bağlıdır.
"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradır"- deyə Amil Mürvətov adlı şəxs bildirir.
Hazırda bütün "exchange"lər bağlıdır.