SON XƏBƏR

Valyutadəyişmə məntəqələrinə YENİ QADAĞA

Oktyabr 22
16:45 2015
Azərbaycanda olan valyuta mübadiləsi məntəqələrindən həyata keçirilən qeyri-rəsmi pul köçürmələri bu gündən etibarən dayandırılıb.
 
Qlobalinfo.az xəbər verir ki, bu barədə məlumat "Report"a bank dairələrindən məlumat daxil olub. Məlumata görə, bu vaxta qədər Azərbaycandan xaricə və xaricdən Azərbaycana köçürülən pullar müxtəlif şəxslərin havadarlığı ilə bir sıra bankların valyutadəyişmə məntəqələrində həyata keçirilib.
 
Hüquqşünas Əkrəm Həsənov "Report"a açıqlamasında qeyri-rəsmi pul köçürmələri sistemini ərəblərin yaratdığını deyib: "Bu sistemi ərəblər yaradıb və adını "Həvalə" qoyublar.
 
Amma hazırda bu pul köçürmə sistemindən çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğundan qadağan edilib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook