SON XƏBƏR

Valyuta bankomatlarda dəyişdiriləcək

Fevral 12
18:36 2016
Kapital Bank 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 54 ünvanında yerləşir.
 
Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. "Cash in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əskinas mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur.
 
Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. Tariflərlə keçiddən tanış olmaq olar. http://www.kapitalbank.az/az/individual-banking/cards/ Valyuta mübadiləsi bankomatlarında AZN,USD,EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN,USD,EUR valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook