"Vahid Milli Hərəkat" Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”
Oktyabr 04
06:34
2021
Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq.
"Report”un "RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik", - o deyib.
Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona çatdırmaq üçün siyasətçi ilə görüşməyi planlaşdırır.



