Vahid Ələkbərov Özbəkistandakı birgə layihələrə 7,5 milyard sərmayə yatırır
May 16
14:26
2019
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
AzərTAc Özbəkistan Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri, yeni sərmayə proqramlarının və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Şavkat Mirziyoyev deyib ki, Özbəkistanın neft-qaz kompleksi ilə "Lukoyl” şirkəti arasında əlaqələr dinamik inkişaf edir.