SON XƏBƏR

“Vagner”in terror təşkilatı kimi tanınması ilə bağlı qanun layihəsi ABŞ-ın gündəmində

Dekabr 02
16:10 2022
ABŞ-ın iki senatoru Dövlət Departamentinin "Vaqner” özəl hərbi təşkilatının xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər. Analoji təşəbbüsün ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, qanun layihəsini respublikaçı Rocer Uiker və demokrat Ben Kardin təqdim ediblər.

Uiker Rusiya özəl hərbi təşkilatını "gizli ordu” adlandırıb və bildirib ki, ABŞ hakimiyyət orqanları onu məsuliyyətə cəlb etməlidir. "Vaqner qrupu Ukraynada, Suriyada və Afrika qitəsində saysız-hesabsız vəhşiliklərlə bağlıdır. ABŞ dərhal onu xarici terror təşkilatı kimi tanımalıdır. Bu, Rusiya silahlı qüvvələrinin sayını azaldacaq və insan haqlarını pozanların məsuliyyətə cəlb edilməsinə kömək edəcək”, - Kardin bildirib.

Nümayəndələr Palatası üçün qanun layihəsini demokratlar Stiven Koen və Mark Vesi, respublikaçılar Co Vilson və Riçard Hadsonla birlikdə hazırlayıblar.
"Vagner” özəl hərbi təşkilatın yaradıcısı Yevgeni Priqojin ABŞ və Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. Kütləvi informasiya vasitələrində təşkilatın Ukraynadakı hərbi əməliyyatda iştirak etmək üçün Rusiya koloniyalarından məhbusları cəlb etdiyini və işə qəbulla şəxsən Priqojinin məşğul olduğu bildirilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook