SON XƏBƏR

Uyğurlar Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirəcək

Fevral 03
01:51 2023
Fevralın 5 və 6-da ABŞ-ın Dövlət katibi Antoni Blinken çinli həmkarı və digər yüksək çinli rəsmilərlə ABŞ-Çin münasibətlərini müzakirə edəcək.

"East-turkistan.net” xəbər verir ki, bu tarix 1997-ci ildə Şərqi Türküstanın Qulca şəhərində baş vermiş Qulca soyqırımının 26-cı ildönümünə təsadüf edir. O zaman müstəqillik tərəfdarının etirazları yüzdən çox uyğurun ölümü ilə nəticələnib. Bu faciəli günün 26-cı ildönümünü qeyd etmək üçün Şərqi Türküstan Mühacirət Hökuməti –ŞTMH (ETGE) və Şərqi Türküstan Milli Hərəkatı (ETNM) Çinin Şərqi Türküstanda davam edən müstəmləkəçilik, soyqırım və işğal kampaniyasına etiraz olaraq fevralın 5-i Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirəcək.

Sürgündə olan Şərqi Türküstan hökuməti Dövlət katibi Blinkendən Çinin Şərqi Türküstandakı müstəmləkəçilik, soyqırım və işğal kampaniyasına son qoymasını və Perhat Tursun kimi tanınmış ziyalılar da daxil olmaqla milyonlarla Şərqi türküstanlı məhbusun azadlığa buraxılmasını tələb etməsini xahiş edəcək.

Ötən ay ABŞ-ın Çinin uyğurlara, qazaxlara, qırğızlara və digər türk xalqlarına qarşı vəhşiliklərini soyqırım kimi tanımasının ikinci ildönümü qeyd olunub. Bununla belə, bəzi hökumətlərin və parlamentlərin davam edən soyqırımı etiraf etməsinə baxmayaraq, hələ də effektiv tədbirlər görülməyib.

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook