SON XƏBƏR

Uşaqlarını siqaret və araq almağa göndərənlər — VİDEO

İyul 19
08:31 2016
Marketlərə və köşklərə siqaret və spirtli içki almağa gələnlər arasında yetkinlik yaşına çatmayanlar da var. Bunu satıcılar da təsdiqləyir. Onların sözlərinə görə, bəzi valideynlər məsuliyyətsizlik edərək azyaşlıları siqaret və spirtli içki almağa göndərirlər.
 
Ancaq cəmiyyətdə buna münasibət birmənalıdır. Hər kəs azyaşlıların zərərli maddələrdən uzaq tutulmasının tərəfdarıdır.
 
Əslində isə bu məsələ qanunla tənzimlərnir. Əgər valideyn məsuliyyətsizliyindən azyaşlılar hər hansı pis vərdişə aludə olsa, bu zaman İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnməlidir.
 
O ki qaldı satıcı tərəfindən azyaşlılara siqaret və zərərli maddələrin satılmasına, hüquqşunaslar deyirlər ki, bu halda həmin satıcılar 4 min manatdan 5 min manata qədər cərimə edilə bilər.
 
Qlobal.Az xezerxeber-in məsələ ilə bağlı hazırladığı materialı təqdim edir:
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook