Uşaqlarımızı rus məktəbinə göndərmək günah və milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
İyul 13
05:22
2017
Türk dilinin rəsmən BMT-də və beynəlxalq qurumlarda tanınması və rəsmi dilə çevrilməsi çox zəruridir, çünki bu gün o qurumlarda yeddi türk dövləti təmsil olunur
"Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq”, "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır?
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə start verir.
Layihənin məramına uyğun olaraq, əməkdaşlıq çərçivəsində qoyulan fikrin əvvəlcə ölkə daxilində, daha sonra regionda təbliğatının qurulması üçün işlər görüləcək. Belə ki, dilçilik sahəsi üzrə mütəxəssislər, Azərbaycan türkcəsinin bölgədə əsas dilə çevrilməsinin üstünlüyünü əsaslandıracaq siyasilərlə, sosioloqlarla, alimlərlə, ümumilikdə ziyalı kəsimlə müsahibələr ediləcək, araşdırmalar aparılacaq, müzakirələr, konfranslar təşkil olunacaq.
Bu fikir və məqsədlə yola çıxmağımız heç də əsassız deyil. Xatırladaq ki, qeyri-türk xalqlarının sıx yaşadığı bölgələrdə Türk dili əsas ünsiyyət vasitəsidir və türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgədə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərlə türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olub. Nəinki türklərlə, hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər. Bu fikri rus şairi Lermontovun sözləri də təsdiq edir: "Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfuza malikdir”.
Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, Türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməyib. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmayıb, regionda türk dilinin statusuna diqqət yetirilməyib. Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcək. Araşdırma bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcək.
Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə "linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.
Xüsusilə qeyd edək ki, layihə gələcəkdə Türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Belə ki, bu addım Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.
– Məsələnin Gürcüstandan başlaması mənə qəribə gəldi, çünki Gürcüstan ruslar Cənubi Qafqaza gələnə qədər, yəni onlardan öncəki bütün tarix boyu türk dilinin geniş işləndiyi bölgə olub. Müsəlman acarlar türk dilini biliblər, Cənubi Gürcüstan axıska türklərinin vətənidir, Borçalı türklərin yaşadığı torpaqdır, yəni türk dili, az qala, Gürcüstanın hər yerində anlaşılır və Gürcüstanla bizim (bircə XI-XII yüzilliklərdə, yəni Atabəylər dövrü istisnadır) tarix boyu həmişə yaxşı münasibətlərimiz olub. Xüsusən Səfəvilər dövründə, Avşarlar, Qacarlar dövründə Gürcüstanda çox ciddi bir islamlaşma həvəsi olub, gürcülər Azərbaycan türklərinin başçılıq elədiyi orta əsrlər imperiyalarında və dövlətlərində həmişə iştirak ediblər və müəyyən yuxarı yerləri də tutublar. Söhbət türk dilinin, ümumiyyətlə, böyük dünya dillərindən birinə çevrilməsindən getməlidir. Azərbaycan dilinin təkcə Azərbaycan dili şəklində qoyulması bir az yanlış olar. Çünki Azərbaycan dilini Anadolu tükcəsindən, Türkiyə tükcəsindən ayırmaq olmaz.
"Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq” , "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır?
– Sadaladıqlarınız həyata keçərsə, türk dilinin beynəlxalq dilə çevrilməsi real görünürmü?
– Türk dili onsuz da tədricən beynəlxalq dilə çevrilir. Yəni baxın, İslam Parlamentində, islam ölkələrinin nazirlərinin görüşlərində mən həmişə azərbaycanca danışmışam. İndiki texniki imkanlar belədir ki, istənilən dil elə dünya dili səviyyəsində səslənə bilir. Amma türk dilinin rəsmən BMT-də və beynəlxalq qurumlarda tanınması və rəsmi dilə çevrilməsi çox zəruridir, çünki bu gün o qurumlarda yeddi türk dövləti təmsil olunur (altı, bəzən Kıbrıs da təmsil olunur) və az belə dil var ki, onun bu qədər təmsilçisi olsun. Ona görə də bunların dillərinin – rəsmi türkcənin beynəlxalq dil statusu qazanması vacibdir.
– Sabir bəy, bəs Azərbaycanda hazırda ikidilli, çoxdilli situasiya sizin baxışınızla necə görünür?
–Anormal görünür. Bütün tibbi, psixoloji, tarixi araşdırmalara görə insan (uşaq da, bəli) bağça təhsilini, ilk təlimini, məktəb təhsilini ana dilində almalıdır. Ondan sonra nə qədər dil öyrənir, öyrənsin. Biz indi ana dilində təhsildən danışanda bəziləri o dəqiqə hay-küy salırlar: "Ay, bunlar rus dilinə qarşıdır!” Biz rus dilinə qarşı deyilik. Rus dilinin imkanları onsuz da getdikcə məhdudlaşır. Biz heç ingilis dilinə də qarşı deyilik. Qoy uşaqlarımız rus dilini də, ingilis dilini də öyrənsinlər. Azyaşlılar bir neçə başqa dilləri də öyrənsin. Köhnədən də bizim millət ərəbi də bilib, fars dilini də bilib. İndi də nə qədər istəyirsən, molla tapa bilərsən, farsca da bilir, ərəbcə də bilir, türkcə də bilir.
Onlar öz dillərində oxusunlar, hər kəs öz dilində oxusun. Amma azərbaycanlı uşaqların məktəbini zəiflədib, Azərbaycan məktəbi pisdir deyib, onları rus məktəbinə göndərmək, günahdır, milli xəyanətdir. Mən belə deyərdim. Sən istəyirsənsə, uşağının səviyyəsi yüksək olsun, uşağın dünya səviyyəsində oxusun, Azərbaycan məktəblərinin səviyyəsini yüksəlt, müəllimlərin səviyyəsini yüksəlt, təchizatı yaxşılaşdır, dünya məktəbləri ilə əlaqələrini gücləndir. Azərbaycan məktəblərini qaldır inkişaf etmiş ölkələrin məktəbi səviyyəsinə. Yoxsa mənim məktəbim pisdir, mən burda oxumuram, desən– getdikcə bu məktəb bir az da pisləşsə, zəifləsə və beləliklə, valideynlər artıq Azərbaycan məktəblərində müəllimlərin əxlaqı, al-ver əhval-ruhiyyəsi, bir-biri ilə münasibətlərini görüb, bəyənməyib, uşağını rus məktəbinə aparsa, burda günah dildə deyil, burda təhsilin dili günahkar deyil, bu toplumun əxlaqıdır, toplum günahkardır, qanun günahkardır. Sən hüququ möhkəmləndir. Qanun hamı üçün eyni olsun və təhsilin müəllimlərinin səviyyəsini gücləndir ki, Azərbaycan məktəbləri rus məktəblərindən geri qalmasın.
– Bütün hallarda Azərbaycan dilini dominant hesab etmək olar, ya yox?
– Şübhəsiz, dominantdır. İndi bizim məmurların arasında rus məktəbini qurtaran və milləti ilə eybəcər bir dildə danışanlar var. Danışıqlarına baxırsan, adam xəcalət çəkir, utanır və özləri də utanırlar əslində və onların günahı yoxdur. Günah onları oxudanlardadır. Çoxu ana dilini öyrənməyə çalışır və sürətlə öyrənirlər. Yenə deyirəm, dövlət dili anlayışını təhsil dili ilə qarışdırmaq olmaz. Rus məktəbləri var, yenə olacaq, ingilis məktəbləri var, yenə olacaq, fransız məktəbi var, fars məktəbi də var Bakıda, qoy olsun. İndi kim o məktəblərə getmək istəyirsə, getsin oxusun, öyrənsin və o millətdən olanlar orada oxusunlar. Heç kim ona qarşı çıxa bilməz. Azərbaycan o cəhətdən, doğrudan da hər xalq üçün şərait yaratmış bir ölkədir. Amma öz uşaqlarımız üçün ilkin təhsil ana dilində olmalıdır. Dövlət dili anlayışı tamam ayrıdır və biz başqa dillərə dövlət dili statusu versək, yenə qayıdıb, Sovet dövründəki kimi olacaq, Bütün dəftərxana, yazışmalar həmən rus dilinə çevriləcək. Ona görə buna qətiyyən yol vermək olmaz. Müstəqillik nə üçün qazanmışıq? Qazanmışıq ki, dilimiz rahat nəfəs alsın. İndi təzədən geri qaytarmaq, başqa dillərə dövlət statusu vermək dövlətçiliyin təməlini qazmaqdır və dövlətçiliyə ziyan vurmaqdır.
– Ölkə ərazisində başqa xalqlar da – ləzgilər, talışlar yaşayır ki, onlarda Azərbaycan dili, ikinci dildir. Bunu, sizcə, dəyişmək lazımdırmı?
– Mən burada xüsusi problem görmürəm. Onlar Azərbaycan vətəndaşıdırlar, ana dilində oxumaq istəyirlər, qoy oxusunlar. Bizim qanunumuz buna imkan verir. Onlar öz dillərindən ancaq öz yaşadıqları bölgədə istifadə edirlər. O dil bizim sərvətimizdir. Udun dili də, Xınalıq dili də, tat, ləzgi, avar, talış, kürd dilləri də – bütün bunlar bizim sərvətimizdir. Bunlar Azərbaycanındır, bu torpaqda yaşayan insanların dilləridir. O insanlar da bizim qardaşımızdır. Ona görə də onların dilinə maneçilik törətmək birbaşa dövlətə, dövlətçiliyə qarşı çıxmaq, dövlətin apardığı siyasətə qarşı çıxmaqdır. Mən nazir işləyəndə o dillərdə kitab da buraxmışam. Heç kim bunun qarşısını almaq istəmir və almaq da lazım deyil. Biz hətta bir kəndin dili olan xınalıqca kitablar buraxmışıq. O dilin qrammatikası öyrənilir, öyrənilməlidir. Onsuz da bu adamlar Azərbaycanda yaşayırlarsa və özlərini bu ölkənin vətəndaşı kimi rahat hiss eləmək istəyirlərsə, Azərbaycan dilini də öyrənirlər və öyrənməlidirlər.
– Bəs ümumilikdə, dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?
– O, dünyanın siyasətinə və Azərbaycanın ümumi iqtisadi, mədəni çəkisinə bağlıdır. Əgər Azərbaycan bir dövlət olaraq öz qanunları ilə, ədalətli idarəçilik sistemi , iqtisadi inkişafı , turizmin inkişafı ilə, insan haqlarının qorunması ilə cazibədar bir dövlətə çevrilsə (təbii ki, bu istiqamətdə işlər gedir), o zaman Azərbaycana gəlib-getmək istəyənlərin də, bu dili öyrənmək istəyənlərin də sayı artacaq. Amma, ümumiyyətlə, mən hesab edirəm ki, burada müəyyən dövlət proqramı da olmalıdır. Biz, ən azı, öz iri diaspor qurumlarımızda ana dilli məktəbi açmalıyıq. Məsələn, Moskvada Azərbaycan məktəbi vardı, qonşuluqdakı ruslar da gəlib orada oxuyurdular. Azərbaycan məktəbindəki xoş əhval-ruhiyyə, uşaqların tərbiyəli böyüməsi onlara xoş gəlirdi və gətirib uşaqlarını o məktəbdə oxudurdular. Bu tipli məktəblərimiz olsa, o məktəblərə başqa millətlər də maraq göstərə bilər. İkinci də diplomatik əlaqələr genişləndikcə onsuz da Azərbaycan üçün diplomat yetişdirən ölkələrin sayı artır. Bir çox ölkələrdə ali məktəblərdə Azərbaycan bölmələri var. Moskvada var, Amerikada var. Onlar, şübhəsiz, müəyyən kadrlar yetişdirirlər və dilimiz də öyrədilir. Eyni zamanda, nəzərə alaq ki, bizim dövrümüzdə türkcə bilən hər bir adam Azərbaycanda da rahat işləyə bilir.
– Bir az əvvəl dediniz ki, türk dili məktəblərimizdə tədris olunarsa, bu , onu regionda hakim dilə çevirə bilər...
– Baxın, türk dili ortaq ünsiyyət dili kimi öyrənilsin. "Ortaq dil olsun”, demirəm. Özbək indi özbək dilini saxlayacaq, qazax qazax dilini – hər kəs öz dilini saxlayacaq. Heç kim öz dilindən imtina eləmək niyyətində deyil. Bunu zorla da eləmək olmaz, ehtiyac da yoxdur. Amma ünsiyyət dili kimi Türkiyə türkcəsi işlənsə, tədricən özbəkcədən də, qazaxcadan da, türkməncədən də ünsiyyət dilinə sözlər gələcək və zaman keçdikcə bu dil ümumiyyətlə regionun ortaq dili olacaq və yayılacaq.
– Yəni biz deyiriksə ki, regionda türk dilini hakim dilə çevirək, bunun üçün məhz Anadolu türkcəsi daha məqsədəuyğundur, elə deyilmi?
– Anadolu türkcəsi, şübhəsiz. Çünki o dildə səksən milyon adam danışır. Çox zəngin dövlətçilik ənənələri, protokol , yazı-pozu ənənələri var, nitq mədəniyyəti güclüdür. Heç kimin dilinə qarşı deyiləm, amma qırğız dilində, türkmən dilində o imkanlar Türkiyə türkcəsindəki qədər deyil. Yazışmalarında bir xeyli rus sözləri işlədirlər. Əlbəttə, mən deyərdim, Azərbaycan dilinin imkanları Türkiyə türkcəsindən az deyil. Amma bizim dillərimiz o qədər də fərli deyil. Oğuz dili türk regionunda tarixən geniş yayılıb və o dilə meyl həmişə güclü olub.
– Türk dili BMT-də altıncı dilə çevrilə bilərmi?
– Bundan ötrü çox çalışmaq və türk dilinin nüfuzunu artırmaq lazımdır. BMT səviyyəsində, beynəlxalq qurumlarda türk respublikalarını təmsil edən liderlərin böyük əksəriyyəti türkcəni yaxşı bilirlər. Türkiyədə oxuyanlar çoxdur, bu dövlətlərdə türk məktəbləri var, orada oxuyurlar. Çingiz Aytmatov rusca yazırdı və rusca danışırdı. Amma son vaxtlar – SSRİ dağılandan sonra türkcəni öyrəndi və hara gedirdisə, məsələn Azərbaycana gəlirdisə, türkcə danışırdı, Oljas Süleymanov da eləcə, türk dilini öyrəndi. Bu respublikaların ziyalıları görüşəndə türkcə danışırdılar. Bu ənənə inkişaf edəcək.
– Siz fikir vermisinizmi, məsələn, bizim lüğətimizdə nə qədər ərəb-fars sözləri var, amma kimsə bir türk sözü işlədəndə ona qarşı çıxırlar...
– Hə, o dəqiqə deyirlər: "Aman türk dili dilimizi korladı!” Bu, cahillikdir. Onlar hələ də Sovet təfəkkürü ilə yaşayırlar. Dünənədək cümlələrinin yarısını rus kəlmələri ilə quran insanlar bu gün dilimizdə təmizlənmə görən kimi hay-küy salırlarsa, bu, bizim dilin və bizim günahımız deyil . Bu özü həmin adamların aşağı zəkalılığının əlamətidir. Bu sözlər bizim sözlərdir. Bizim sözlər öz dilimizi necə korlaya bilər? Məsələn, "olay” türk sözüdür, "hadisə” ərəb sözüdür. "Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq” , "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır? Bunlar hamısı işi bilməməkdən irəli gəlir.
Dil canlı orqanizmdir, öz işini görür, özü yaşayır, zənginləşir, qabarır, çəkilir, artıq şeyləri atır. Yaxud farsın İrandakı şovinist siyasətinə baxmayaraq, dilimizdə olan müəyyən fars sözləri burada vətəndaşlıq qazanıb və ərəb sözləri var ki, bizim dilimizin qanunlarına uyğunlaşıb yaşayırsa, onları niyə dəyişməliyik? "Mədəniyyət” "vətən” , "məktəb” sözünü dəyişməyə nə ehtiyac var? Bir halda ki, dilimizin qanunları ilə yaşayır, qoy yaşasın.
"Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq”, "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır?
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə start verir.
Layihənin məramına uyğun olaraq, əməkdaşlıq çərçivəsində qoyulan fikrin əvvəlcə ölkə daxilində, daha sonra regionda təbliğatının qurulması üçün işlər görüləcək. Belə ki, dilçilik sahəsi üzrə mütəxəssislər, Azərbaycan türkcəsinin bölgədə əsas dilə çevrilməsinin üstünlüyünü əsaslandıracaq siyasilərlə, sosioloqlarla, alimlərlə, ümumilikdə ziyalı kəsimlə müsahibələr ediləcək, araşdırmalar aparılacaq, müzakirələr, konfranslar təşkil olunacaq.
Bu fikir və məqsədlə yola çıxmağımız heç də əsassız deyil. Xatırladaq ki, qeyri-türk xalqlarının sıx yaşadığı bölgələrdə Türk dili əsas ünsiyyət vasitəsidir və türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgədə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərlə türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olub. Nəinki türklərlə, hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər. Bu fikri rus şairi Lermontovun sözləri də təsdiq edir: "Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfuza malikdir”.
Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, Türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməyib. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmayıb, regionda türk dilinin statusuna diqqət yetirilməyib. Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcək. Araşdırma bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcək.
Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə "linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.
Xüsusilə qeyd edək ki, layihə gələcəkdə Türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Belə ki, bu addım Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.
Layihə çərçivəsində ilk müsahibimiz ictimai-siyasi xadim, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlıdır:
– Sabir bəy, Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması türk dilini bu ölkədə ünsiyyət vasitəsinə çevirə bilərmi? Əgər çevirərsə, bunun nə kimi elmi, iqtisadi və siyasi faydaları nə ola bilər?
– Məsələnin Gürcüstandan başlaması mənə qəribə gəldi, çünki Gürcüstan ruslar Cənubi Qafqaza gələnə qədər, yəni onlardan öncəki bütün tarix boyu türk dilinin geniş işləndiyi bölgə olub. Müsəlman acarlar türk dilini biliblər, Cənubi Gürcüstan axıska türklərinin vətənidir, Borçalı türklərin yaşadığı torpaqdır, yəni türk dili, az qala, Gürcüstanın hər yerində anlaşılır və Gürcüstanla bizim (bircə XI-XII yüzilliklərdə, yəni Atabəylər dövrü istisnadır) tarix boyu həmişə yaxşı münasibətlərimiz olub. Xüsusən Səfəvilər dövründə, Avşarlar, Qacarlar dövründə Gürcüstanda çox ciddi bir islamlaşma həvəsi olub, gürcülər Azərbaycan türklərinin başçılıq elədiyi orta əsrlər imperiyalarında və dövlətlərində həmişə iştirak ediblər və müəyyən yuxarı yerləri də tutublar. Söhbət türk dilinin, ümumiyyətlə, böyük dünya dillərindən birinə çevrilməsindən getməlidir. Azərbaycan dilinin təkcə Azərbaycan dili şəklində qoyulması bir az yanlış olar. Çünki Azərbaycan dilini Anadolu tükcəsindən, Türkiyə tükcəsindən ayırmaq olmaz.
Bir halda ki bir-birimizi başa düşürük, hər ikisinin kökü oğuz türkcəsidir, bugünkü ədəbi dillərdəki müəyyən fərqlərə baxmayaraq bu dillər bir dildir və biz hər şeyi Azərbaycan çərçivəsində götürsək –dilimizi, tariximizi, coğrafiyamızı, mədəniyyətimizi – çoxlu yanlışlıqlara yol verərik. Sovet dövründə bunu ediblər, bunu istəyiblər; bu bölgə üçün ayrı əlifba yaradıblar, ayrı tarix cızmağa çalışıblar və bir bölücülük siyasəti aparılıb. Biz bu siyasətdən qopmalıyıq. Rusiyadan – SSRİ-dən qopmuşuq, 30-cu illərin xofu arxada qalıb, repressiya təhlükəsi yoxdur. Amma Azərbaycanda 30-cu illərin düşüncəsi hələ də davam edir. Hələ də burda bir rus dili hegemonluğu, sevgisi var, bəziləri təkrar rus dilinin ağuşuna qayıtmaq istəyirlər, hətta rus dilini ikinci dövlət dilinə çevirmək istəyirlər, təzələri peyda olub, hətta üçüncü – ingilis dilini də Azərbaycanın dövlət dilinə çevirmək istəyirlər.
Azərbaycan normal bir müstəqil dövlətdir, öz dövlət dili var və dilini də inkişaf etdirməlidir. O ki qaldı, türk dillərinin dünya dili olması məsələsinə, buna maneçilik törətmək istəyənlər çoxdur. Mən iki dəfə (bir dəfə Qahirədə, bir dəfə İstanbulda) İslam Ölkələrinin Parlament İttifaqının yığıncağında çıxış edəndə demişdim ki, islam parlamentinin üç işlək dili var; biri ərəb dili, biri ingilis dili, biri fransız dili. Halbuki islamı dünyaya yayan türklər olub. Nədən türk dili burda rəsmi dil deyil? Mən onu müdafiə də elədim, təəssüf ki, mənə kimi o fikri səsləndirən olmamışdı orada. Türk orduları, türk gücü, türk bayrağı İslamı üç qitəyə yayıb, islamın yayılmağında çox ciddi rol oynayıb və təbliğatında rol oynayıb. Osmanlı dağılandan sonra türk dilinin arealı – yayılma dairəsi, işlənmə dairəsi kiçilmişdir. Amma Osmanlı türkcəsi onsuz da ərəb-fars kəlmələri ilə dolu bir dil idi və indi yenilənmiş, daha güclü, daha təmiz və daha gözəl bir Türkiyə türkcəsi var. Azərbaycan türkcəsi də ötən əsrlərin yabançı ibarələrindən təmizlənib və özünə dönüb. Dillərimiz təmizləndikcə bir-birimizə daha da yaxınlaşmışıq. İndi söhbət türk dilinin ortaq ünsiyyət dilinə çevrilməsindən gedir. Yəni türk dili Avroasiya məkanında ortaq bir dilə çevrilməlidir. Türk dili tarixi haqlarını bərpa eləməlidir. Bunun böyük rolu olacaq. Əslində türk dili Şumerdən başlamış altı min il dövr ərzində Avroasiyada izi olan və görünür, qədimdən də çox geniş yayılmış və bu son iki min ildə də yenə Çindən Avropaya qədər geniş bir dairədə işlənmiş bir dildir. Şumercədə dörd yüzə yaxın türk sözü aşkarlanıb və alimlər tərəfindən təsdiqlənib. Bu ya bu dillərin qohumluğunu göstərir, ya da o vaxt türk dili o qədər güclü olub ki, Şumer dilinə təsir göstərib. Mən tarixi qədimləşdirməyi xüsusi bir məqsəd hesab eləmirəm və tarixlə də öyünmək lazım deyil. Sadəcə onu demək istəyirəm ki, türk dilinin izi, təsiri bütün bu bölgədə var. Ərəb dilində türk sözləri var, fars dilində türk sözləri var kifayət qədər, Avropa dillərində də var, rus dilində də. Bu, dilin gücünün əlamətidir.
Bu Avroasiya dediyim məkandan, Uzaq Şərqdən Avropanın ortasına qədər, hətta Karpat dağlarına, Macarıstana qədərki torpaqlarda saysız-hesabsız, minlərlə türk adları var; dağ , çay , çöl, göl, yer adları və s. Bu, dilin heç vaxt bizim indiki coğrafiyamız daxilinə sığışmadığını göstərir, indi də şükür yenə o türk coğrafiyası qalır, sadəcə coğrafi uzaqlıq və bu dilin ünsiyyət dili kimi işlənməməsi, hamı üçün ortaq yazı dilinə çevrilməməsi getdikcə dillər arasında fərq yaradır. Ona görə də, məncə, əgər istəyiriksə Türkiyə türkcəsi və Azərbaycan türkcəsi bir yerdə bu bölgənin ortaq ünsiyyət dilinə, ya bir dünya dilinə çevrilsin, onda əvvəla, bu dillərin arasında əlaqələri möhkəmləndirməliyik, əlifba arasındakı xırda fərqləri aradan qaldırmalıyıq və Anadolu türkcəsi ən inkişaf etmiş, dillərimizin arasında ən təmiz bir mövqeyə sahibdir, ona görə də onu xarici dil kimi, heç bundan utanmaq lazım deyil, xarici dil kimi Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda iki-üç il tədris eləmək lazımdır orta məktəbdə. Qoy türk dilini rus, ingilis dili kimi (o dilləri öyrənmək də vacibdir) oxutsunlar. Çox lazım deyil, üç il, dörd il. Belə bir planlı təhsil sistemi qurulsa, on ildən, on beş ildən sonra türklərin ayrı ünsiyyət dilinə ehtiyacları qalmaz.
"Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq” , "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır?
– Sadaladıqlarınız həyata keçərsə, türk dilinin beynəlxalq dilə çevrilməsi real görünürmü?
– Türk dili onsuz da tədricən beynəlxalq dilə çevrilir. Yəni baxın, İslam Parlamentində, islam ölkələrinin nazirlərinin görüşlərində mən həmişə azərbaycanca danışmışam. İndiki texniki imkanlar belədir ki, istənilən dil elə dünya dili səviyyəsində səslənə bilir. Amma türk dilinin rəsmən BMT-də və beynəlxalq qurumlarda tanınması və rəsmi dilə çevrilməsi çox zəruridir, çünki bu gün o qurumlarda yeddi türk dövləti təmsil olunur (altı, bəzən Kıbrıs da təmsil olunur) və az belə dil var ki, onun bu qədər təmsilçisi olsun. Ona görə də bunların dillərinin – rəsmi türkcənin beynəlxalq dil statusu qazanması vacibdir.
– Sabir bəy, bəs Azərbaycanda hazırda ikidilli, çoxdilli situasiya sizin baxışınızla necə görünür?
–Anormal görünür. Bütün tibbi, psixoloji, tarixi araşdırmalara görə insan (uşaq da, bəli) bağça təhsilini, ilk təlimini, məktəb təhsilini ana dilində almalıdır. Ondan sonra nə qədər dil öyrənir, öyrənsin. Biz indi ana dilində təhsildən danışanda bəziləri o dəqiqə hay-küy salırlar: "Ay, bunlar rus dilinə qarşıdır!” Biz rus dilinə qarşı deyilik. Rus dilinin imkanları onsuz da getdikcə məhdudlaşır. Biz heç ingilis dilinə də qarşı deyilik. Qoy uşaqlarımız rus dilini də, ingilis dilini də öyrənsinlər. Azyaşlılar bir neçə başqa dilləri də öyrənsin. Köhnədən də bizim millət ərəbi də bilib, fars dilini də bilib. İndi də nə qədər istəyirsən, molla tapa bilərsən, farsca da bilir, ərəbcə də bilir, türkcə də bilir.
Bu, onları bəyəm inkişaf elətdirib akademikə çevirib? Baxır o dildə nə öyrənir. Ona görə də mən rus dilinin ciddi şəkildə öyrənilməsinin tərəfdarıyam. İngilis dilinin ciddi şəkildə ən ucqar kəndlərimizdə də öyrənilməsinin tərəfdarıyam. Amma söhbət baza təhsilindən gedir. Təhsil ana dilində olmalıdır. Ana dilində olanda onda indiki bu anlaşılmazlıq yaranmaz. Çünki rus dilli məktəblərimizlə, Azərbaycan dilli məktəblərimiz arasında fərq var. Bizim Azərbaycan dilli məktəbləri qurtaranlar rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini öyrənirlər, yaxşı öyrənirlər, Bakıdakı rus məktəblərində Azərbaycan dilini öyrətmirlər. Elə müəllimlər, elə dərsliklər, elə proqramlar var və onu elə keyfiyyətsiz, aşağı səviyyədə tədris edirlər ki, rus məktəblərində Azərbaycan dilini sevmək əvəzinə, ona istehza ilə baxırlar.
Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini ortaya qoymurlar. Bizim Bakıdakı rus dilli azərbaycanlılarla azərbaycanca oxuyanlar arasında fərq var. Rus dillilərin əksəriyyəti (böyük ziyalılarımız istisnadır) Azərbaycan mədəniyyətini bilmir. Bunu mənə rusca oxuyan ziyalılarımız deyirlər. Deyirlər, təəssüf ki, bizim öz mədəniyyətimizin bu faktlarından xəbərimiz yoxdur. Ona görə də o qədər rus məktəbinin olması, orada o qədər azərbaycanlının oxuması və öz dilini, mədəniyyətini pis bilməsi millətimizi iki yerə parçalayır – türkdilli azərbaycanlılar və rusdilli azərbaycanlılar. Daha Üzeyir Hacıbəylilər, Mirzə Cəlillər vaxtı deyil. O vaxt Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov rus məktəblərində oxuyurdular, amma öz dilini mükəmməl bilirdilər və elə mühit də onlara öz dilini öyrədirdi. Amma indi Bakı mühiti kosmopolit bir mühitdir və burada kimi görürlər, onun dilini öyrənməyə hazırdırlar. Gələnə öz dilini öyrətməkdənsə, gələnin – qonağın dilini öyrənirlər. Qarışdırmaq lazım deyil. Biz dil öyrənməyin əleyhinə deyilik, rus dili öyrənməyin əleyhinə deyilik. Qoy rusdilli məktəb olsun – nə qədər rus var, ona uyğun.Onlar öz dillərində oxusunlar, hər kəs öz dilində oxusun. Amma azərbaycanlı uşaqların məktəbini zəiflədib, Azərbaycan məktəbi pisdir deyib, onları rus məktəbinə göndərmək, günahdır, milli xəyanətdir. Mən belə deyərdim. Sən istəyirsənsə, uşağının səviyyəsi yüksək olsun, uşağın dünya səviyyəsində oxusun, Azərbaycan məktəblərinin səviyyəsini yüksəlt, müəllimlərin səviyyəsini yüksəlt, təchizatı yaxşılaşdır, dünya məktəbləri ilə əlaqələrini gücləndir. Azərbaycan məktəblərini qaldır inkişaf etmiş ölkələrin məktəbi səviyyəsinə. Yoxsa mənim məktəbim pisdir, mən burda oxumuram, desən– getdikcə bu məktəb bir az da pisləşsə, zəifləsə və beləliklə, valideynlər artıq Azərbaycan məktəblərində müəllimlərin əxlaqı, al-ver əhval-ruhiyyəsi, bir-biri ilə münasibətlərini görüb, bəyənməyib, uşağını rus məktəbinə aparsa, burda günah dildə deyil, burda təhsilin dili günahkar deyil, bu toplumun əxlaqıdır, toplum günahkardır, qanun günahkardır. Sən hüququ möhkəmləndir. Qanun hamı üçün eyni olsun və təhsilin müəllimlərinin səviyyəsini gücləndir ki, Azərbaycan məktəbləri rus məktəblərindən geri qalmasın.
– Bütün hallarda Azərbaycan dilini dominant hesab etmək olar, ya yox?
– Şübhəsiz, dominantdır. İndi bizim məmurların arasında rus məktəbini qurtaran və milləti ilə eybəcər bir dildə danışanlar var. Danışıqlarına baxırsan, adam xəcalət çəkir, utanır və özləri də utanırlar əslində və onların günahı yoxdur. Günah onları oxudanlardadır. Çoxu ana dilini öyrənməyə çalışır və sürətlə öyrənirlər. Yenə deyirəm, dövlət dili anlayışını təhsil dili ilə qarışdırmaq olmaz. Rus məktəbləri var, yenə olacaq, ingilis məktəbləri var, yenə olacaq, fransız məktəbi var, fars məktəbi də var Bakıda, qoy olsun. İndi kim o məktəblərə getmək istəyirsə, getsin oxusun, öyrənsin və o millətdən olanlar orada oxusunlar. Heç kim ona qarşı çıxa bilməz. Azərbaycan o cəhətdən, doğrudan da hər xalq üçün şərait yaratmış bir ölkədir. Amma öz uşaqlarımız üçün ilkin təhsil ana dilində olmalıdır. Dövlət dili anlayışı tamam ayrıdır və biz başqa dillərə dövlət dili statusu versək, yenə qayıdıb, Sovet dövründəki kimi olacaq, Bütün dəftərxana, yazışmalar həmən rus dilinə çevriləcək. Ona görə buna qətiyyən yol vermək olmaz. Müstəqillik nə üçün qazanmışıq? Qazanmışıq ki, dilimiz rahat nəfəs alsın. İndi təzədən geri qaytarmaq, başqa dillərə dövlət statusu vermək dövlətçiliyin təməlini qazmaqdır və dövlətçiliyə ziyan vurmaqdır.
– Ölkə ərazisində başqa xalqlar da – ləzgilər, talışlar yaşayır ki, onlarda Azərbaycan dili, ikinci dildir. Bunu, sizcə, dəyişmək lazımdırmı?
– Mən burada xüsusi problem görmürəm. Onlar Azərbaycan vətəndaşıdırlar, ana dilində oxumaq istəyirlər, qoy oxusunlar. Bizim qanunumuz buna imkan verir. Onlar öz dillərindən ancaq öz yaşadıqları bölgədə istifadə edirlər. O dil bizim sərvətimizdir. Udun dili də, Xınalıq dili də, tat, ləzgi, avar, talış, kürd dilləri də – bütün bunlar bizim sərvətimizdir. Bunlar Azərbaycanındır, bu torpaqda yaşayan insanların dilləridir. O insanlar da bizim qardaşımızdır. Ona görə də onların dilinə maneçilik törətmək birbaşa dövlətə, dövlətçiliyə qarşı çıxmaq, dövlətin apardığı siyasətə qarşı çıxmaqdır. Mən nazir işləyəndə o dillərdə kitab da buraxmışam. Heç kim bunun qarşısını almaq istəmir və almaq da lazım deyil. Biz hətta bir kəndin dili olan xınalıqca kitablar buraxmışıq. O dilin qrammatikası öyrənilir, öyrənilməlidir. Onsuz da bu adamlar Azərbaycanda yaşayırlarsa və özlərini bu ölkənin vətəndaşı kimi rahat hiss eləmək istəyirlərsə, Azərbaycan dilini də öyrənirlər və öyrənməlidirlər.
– Bəs ümumilikdə, dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?
– O, dünyanın siyasətinə və Azərbaycanın ümumi iqtisadi, mədəni çəkisinə bağlıdır. Əgər Azərbaycan bir dövlət olaraq öz qanunları ilə, ədalətli idarəçilik sistemi , iqtisadi inkişafı , turizmin inkişafı ilə, insan haqlarının qorunması ilə cazibədar bir dövlətə çevrilsə (təbii ki, bu istiqamətdə işlər gedir), o zaman Azərbaycana gəlib-getmək istəyənlərin də, bu dili öyrənmək istəyənlərin də sayı artacaq. Amma, ümumiyyətlə, mən hesab edirəm ki, burada müəyyən dövlət proqramı da olmalıdır. Biz, ən azı, öz iri diaspor qurumlarımızda ana dilli məktəbi açmalıyıq. Məsələn, Moskvada Azərbaycan məktəbi vardı, qonşuluqdakı ruslar da gəlib orada oxuyurdular. Azərbaycan məktəbindəki xoş əhval-ruhiyyə, uşaqların tərbiyəli böyüməsi onlara xoş gəlirdi və gətirib uşaqlarını o məktəbdə oxudurdular. Bu tipli məktəblərimiz olsa, o məktəblərə başqa millətlər də maraq göstərə bilər. İkinci də diplomatik əlaqələr genişləndikcə onsuz da Azərbaycan üçün diplomat yetişdirən ölkələrin sayı artır. Bir çox ölkələrdə ali məktəblərdə Azərbaycan bölmələri var. Moskvada var, Amerikada var. Onlar, şübhəsiz, müəyyən kadrlar yetişdirirlər və dilimiz də öyrədilir. Eyni zamanda, nəzərə alaq ki, bizim dövrümüzdə türkcə bilən hər bir adam Azərbaycanda da rahat işləyə bilir.
– Bir az əvvəl dediniz ki, türk dili məktəblərimizdə tədris olunarsa, bu , onu regionda hakim dilə çevirə bilər...
– Baxın, türk dili ortaq ünsiyyət dili kimi öyrənilsin. "Ortaq dil olsun”, demirəm. Özbək indi özbək dilini saxlayacaq, qazax qazax dilini – hər kəs öz dilini saxlayacaq. Heç kim öz dilindən imtina eləmək niyyətində deyil. Bunu zorla da eləmək olmaz, ehtiyac da yoxdur. Amma ünsiyyət dili kimi Türkiyə türkcəsi işlənsə, tədricən özbəkcədən də, qazaxcadan da, türkməncədən də ünsiyyət dilinə sözlər gələcək və zaman keçdikcə bu dil ümumiyyətlə regionun ortaq dili olacaq və yayılacaq.
– Yəni biz deyiriksə ki, regionda türk dilini hakim dilə çevirək, bunun üçün məhz Anadolu türkcəsi daha məqsədəuyğundur, elə deyilmi?
– Anadolu türkcəsi, şübhəsiz. Çünki o dildə səksən milyon adam danışır. Çox zəngin dövlətçilik ənənələri, protokol , yazı-pozu ənənələri var, nitq mədəniyyəti güclüdür. Heç kimin dilinə qarşı deyiləm, amma qırğız dilində, türkmən dilində o imkanlar Türkiyə türkcəsindəki qədər deyil. Yazışmalarında bir xeyli rus sözləri işlədirlər. Əlbəttə, mən deyərdim, Azərbaycan dilinin imkanları Türkiyə türkcəsindən az deyil. Amma bizim dillərimiz o qədər də fərli deyil. Oğuz dili türk regionunda tarixən geniş yayılıb və o dilə meyl həmişə güclü olub.
– Türk dili BMT-də altıncı dilə çevrilə bilərmi?
– Bundan ötrü çox çalışmaq və türk dilinin nüfuzunu artırmaq lazımdır. BMT səviyyəsində, beynəlxalq qurumlarda türk respublikalarını təmsil edən liderlərin böyük əksəriyyəti türkcəni yaxşı bilirlər. Türkiyədə oxuyanlar çoxdur, bu dövlətlərdə türk məktəbləri var, orada oxuyurlar. Çingiz Aytmatov rusca yazırdı və rusca danışırdı. Amma son vaxtlar – SSRİ dağılandan sonra türkcəni öyrəndi və hara gedirdisə, məsələn Azərbaycana gəlirdisə, türkcə danışırdı, Oljas Süleymanov da eləcə, türk dilini öyrəndi. Bu respublikaların ziyalıları görüşəndə türkcə danışırdılar. Bu ənənə inkişaf edəcək.
– Siz fikir vermisinizmi, məsələn, bizim lüğətimizdə nə qədər ərəb-fars sözləri var, amma kimsə bir türk sözü işlədəndə ona qarşı çıxırlar...
– Hə, o dəqiqə deyirlər: "Aman türk dili dilimizi korladı!” Bu, cahillikdir. Onlar hələ də Sovet təfəkkürü ilə yaşayırlar. Dünənədək cümlələrinin yarısını rus kəlmələri ilə quran insanlar bu gün dilimizdə təmizlənmə görən kimi hay-küy salırlarsa, bu, bizim dilin və bizim günahımız deyil . Bu özü həmin adamların aşağı zəkalılığının əlamətidir. Bu sözlər bizim sözlərdir. Bizim sözlər öz dilimizi necə korlaya bilər? Məsələn, "olay” türk sözüdür, "hadisə” ərəb sözüdür. "Hadisə” əvəzinə "olay” işlədirsənsə, bu, niyə dilimizin korlanması sayılmalıdır? "Müvəffəqiyyət” əvəzinə "uğur” , "intiqam almaq” əvəzinə "öc almaq” , "cəmiyyət” əvəzinə "toplum”, "problem” əvəzinə " sorun” deyirsənsə, "proses” yerinə "sürəc” işlədirsənsə bunun nəyi dili korlamaqdır? Bunlar hamısı işi bilməməkdən irəli gəlir.
Dil canlı orqanizmdir, öz işini görür, özü yaşayır, zənginləşir, qabarır, çəkilir, artıq şeyləri atır. Yaxud farsın İrandakı şovinist siyasətinə baxmayaraq, dilimizdə olan müəyyən fars sözləri burada vətəndaşlıq qazanıb və ərəb sözləri var ki, bizim dilimizin qanunlarına uyğunlaşıb yaşayırsa, onları niyə dəyişməliyik? "Mədəniyyət” "vətən” , "məktəb” sözünü dəyişməyə nə ehtiyac var? Bir halda ki, dilimizin qanunları ilə yaşayır, qoy yaşasın.
Bir vaxt bura gələn çoxlu ərəblər vardı, müəyyən zümrələr gəlib yerləşmişdilər. Ərəb kəndləri də olub. Oranın artıq adı qalıb. Amma onlar hətta öz köklərini aparıb birbaşa Məhəmməd peyğəmbərə bağlasalar da, artıq türkləşiblər, azərbaycanlılaşıblar. Sözlər də elədir. Sözlər də buraya gəlib bizim sözümüzə çevrilib. Onlardan imtina eləmək olmaz.
Qlobal.az