SON XƏBƏR

"Uşaqlarıma yemək belə ala bilmirəm” - 4 övladı olan ana yardım diləyir + FOTO

May 20
14:30 2023
8 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə  onun anası Leyla Məmmədova məlumat verib.

O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir.

"4 ay öncə Fatimənin burnundan qanaxma başladı. Əvvəllər çox ciddi yanaşmasam da, həkim müayinəsinə getdiyimiz zaman Fatimədə leykoz xəstəliyinin ilkin mərhələdə olduğunu öyrəndik”.

Leyla Məmmədova bildirib ki, həyat yoldaşı 3 il öncə vəfat edib: "Mənim dörd övladım var. Üç il əvvəl yoldaşım vəfat edib. Uşaqların yaşları az olduğu üçün onları tək buraxıb işləyə də bilmirəm. İnanın bəzən uşaqlara verməyə yemək tapmıram. Övladlarımın qarşısında çox acizəm, buna görə çox utanıram. Hazırda Fatimənin 4 aylıq müalicəsi üçün 7 500 manata ehtiyacımız var. Bu məbləği toplamaq bizim üçün imkansızdır. Yardımsevər şəxslərə bizə dəstək olmaqları üçün yalvarıram”. (oxu.az)

Ailə ilə əlaqə: 050-345-16-67
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook