Uşaqlara işgəncə verilən "Mehnur" Reabilitasiya Mərkəzinin sahibi bilindi
Sentyabr 03
18:19
2022
Bakıda uşaqlara işgəncə verildiyi iddia edilən reabilitasiya mərkəzinin adı açıqlanıb.
Qlobal.az xəbər verir ki, uşaqlara işgəncə verildiyi iddia edilən müəssisə "Mehnur" reabilitasiya Mərkəzidir.
"Mehnur" reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.
Mərkəzin adı Mahirə və Nuranə adının birləşməsindən götürülüb.
Mahirə Nuranə Hacızadənin anasıdır.
Mərkəz 2018-ci ildə açılıb.
Bir sıra ictimaiyyət nümayəndəsi mərkəzin açılışında iştirak edib.
Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında deyilir:

"Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir".
Qlobal.az