Urmiya və Həmədanda qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub

Aprel 20
16:00
2023
Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub.
Bildirilib ki, İranın müxtəlif şəhərlərində qızların təhsil aldıqları 7 məktəbə Tehran hakimiyyətinin kimyəvi maddə ilə hücumu nəticəsində çoxlu sayda məktəbli zəhərlənib. Belə ki, Güney Azərbaycanın Urmiya şəhərinin 12-ci rayonunda qızların "Nəsim”, "Nasiri” və "Abuzər” məktəbləri Tehran hakimiyyətinin kimyəvi hücumuna məruz qalıb. Bundan başqa, İranın paytaxtı Tehran, İslamşəhr, Güney Azərbaycanın Həmədan şəhərindəki qızlar məktəblərinə də kimyəvi hücum olub.