”Urmedhelp” MMC-nin direktoru Nuridə Seydiova həbs edildi - SƏBƏB
Mart 13
14:45
2023
Ötən həftə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri, Şəki rayonun Cumakənd kənd sakini İsayev Vüqar Mahmud oğlu, 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Fərman oğlu Nuriyev, Qəbələ rayonundan olan Nəsmiyev Tural Cənnət oğlu tərəfindən Prezident İlham Əliyevə və bir sıra aidiyyatı dövlət qurumlarına ünvanlanmış müraciəti yaymışdıq. Müraciətdə şikayətçilər "My Doc Tour” MMC-nin və ”Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova tərəfindən aldadıldıqlarını bildirir və uşaqlarının əməliyyat olunması üçün ona ödədikləri pulların geri qaytarılmasını tələb edirdilər. Müraciət şikayətçilər tərəfindən hüquq mühafizə orqanlarına da göndərilmişdi.
Şikayətçilər tərəfindən redaksiyaya verilən məlumata görə şənbə günü Nuridə Seyidova Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıb. İş üzrə şikayətçilərin də izahatları alındıqdan sonra Nuridə Seyidova saxlanılıb.
Verilən ən son məlumata görə bu gün saat 14 radələrində Nərimanov rayon Məhkəməsində Seyidova Nuridə Məmməd qızının barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Məhkəmədə Nuridə Seyidova pulları başqasına verdiyini iddia edib.

Xatırladaq ki, Nuridə Seyidovadan şikayət edənlər 18 nəfərdir. Bir ildən çox vaxt ərzində vətəndaşlar xəstə uşaqlarının xaricdə əməliyyat olunması üçün ona cəmi 304 000 ABŞ dolları pul ödədiklərini bildirirlər. Amma buna baxmayaraq son 1 il 4 ay ərzində Nuridə Seyidova kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Onun həbsindən sonra şikayətçilərin artması ehtimalının olduğu da söylənilir.
Mənbə: Aktualinfo.org
Qlobal.az