Uorren Baffet:“Kriptovalyutalar pis nəticələrə səbəb olacaq”
Yanvar 11
11:36
2018
"Əminliklə deyə bilərəm ki, kriptovalyutalar pis nəticələrə səbəb olacaq”.
"APA-Economics” xəbər verir ki, bunu 80,6 mlrd. dollarlıq sərvəti ilə dünyanın üçüncü ən varlı insanı sayılan Uorren Baffet (Warren Buffet) "CNBC” kanalına müsahibəsində deyib.
Milyarder pis nəticələnmənin nə vaxt və necə olacağı haqqında məlumat verməyib.
Qeyd edək ki, ötən ilin noyabrında verdiyi açıqlamada U. Baffet bitcoinin dəyər istehsal edən rəqəmsal valyuta olmadığını vurğulayaraq ümumilikdə kriptovalyuta bazarını "sabun köpüyü” adlandırıb.