SON XƏBƏR

Universitet müəllimlərinin pensiya yaşı artırılmalıdır

May 17
12:34 2022
"Ali məktəb müəllimlərinin pensiyaya çıxmaqla bağlı yaş həddini artırmaq lazımdır”. Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Rüfət Quliyev pensiya yaşı ilə bağlı danışarkən deyib.

Deputat sözügedən qrupa daxil olan şəxslərin də belə düşündüyünü deyir:

"75 yaşlı elə müəllimlər tanıyıram ki, özündən 30 il cavan müəllimdən daha yaxşı mühazirə deyir. Dünyanın müxtəlif yerlərində ali məktəblərdə 80 yaşlı müəllimlər dərs deyir.

Ali məktəblərdə yaxşı bir üsul var. Müəllimin 65-70 yaşdan sonra dərs saatı azaldılır, sadəcə məsləhətçi kimi qalır. Bu çox yaxşıdır. Həmin insanlar cəmiyyətə, ali məktəbə, gənclərlə işləməyə böyük fayda verirlər”.

R.Quliyev cəmiyyətdə pensiya yaşı ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu deyir:

"Əhalinin bir qismi pensiyaya tez çıxmaq üçün yaşın azaldılmasını, digər bir qismi isə daha çox işləmək üçün pensiya yaşının artırılmasının tərəfdarıdır. Müəllimlər, həkimlər, ali məktəb işçiləri kimi ziyalılar pensiya yaşının arıtırlmasının tərəfdarıdır. Fiziki əməklə məşğul olan insanlar isə pensiya yaşının azaldılmasının lehinədir. Buraya fəhlələr, ustalar, zavod və fabrik işçiləri daxildir. Burada ziddiyət olduğu üçün birmənalı fikir bildirmək düzgün deyil.

Burada məsuliyyət daşıyan tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Onlar tənzimləməlidirlər. Əlbəttə ki, nazirlik Nazirlər Kabineti və digər qurumlarla məsləhətləşib qərar qəbul edirlər. Amma əsas məsuliyyət onların üzərindədir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook