SON XƏBƏR

UNEC-in Zaqatala filialının direktor müavini gözəllik salonunu necə tikdirib? - Açıqlama

Mart 30
18:04 2022
Azərbaycanda vəzifədə çalışan məmurların böyük əksəriyyətinin çoxsaylı mənzillərə, obyektlərə, bahalı avtomobillərə sahib olması heç kimə sirr deyil. Sanki ki, bu cür məmurlar təyin edildikləri vəzifələrə xalqa, dövlətə xidmət üçün yox, öz şəxsi mənafelərinə xidmət üçün təyin ediliblər.
 
Acınacaqlı hal isə budur ki, vəzifəsindən sui-istifadə edərək öz şəxsi əmlaklarının sayını artıran məmurlar digər sahələrdə olduğu kimi təhsil və elm sahəsində çalışanlara da "sirayət" edib. Təbii ki, təhsildə günü-gündən artan rüşvət və korrupsiya hallarının əsl səbəblərdindən biri də burada çalışan vəzifəli şəxslərin elmə, təhsilə gəlir mənbəyi kimi baxmasıdır.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə əsas işi təhsildən daha çox özünə obyekt tikdirmək olan məmurlardan biri də Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktor müavini Həqiqət Qədimovadır.
 
Belə ki, əməkdaşımızın əldə etdiyi məlumata görə filialın direktor müavini Mingəçevir şəhərinin M.P.Vaqif küçəsində gözəllik salonu inşa etdirib.
 
Filial direktorunun müavinin belə bir obyekti hansı vəsaitlə inşa etdirməyi bir sıra suallara yol açır.
 
Qeyd edək ki, Həqiqət Qasımova Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun həmyerlisidir.
 
Ədalət Muradov 2014-cü ildə Dövlət İqtisad Universitetinə rektor təyin edildikdən qısa müddət sonra əvvəllər Azərbaycan Müəllimlər İnstitunda çalışan Həqiqət Qədimovanı Dövlət İqtisad Universitetinə vəzifəyə təyin edib. H.Qədimova məhz Ədalət Muradovun xüsusi diqqəti ilə 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında "Ümumi fənlər” kafedrasına müdir, 2018-ci ildə İqtisadiyyat fakültəsinin dekan, 2020-ci ildə isə UNEC-in Zaqatala filialının direktor müavini təyin edilib.
 
Məsələ ilə bağlı UNEC-in Zaqatala filialının direktor müavini Həqiqət Qədimovadan mövqe öyrəndik. H.Qasımova həyat yoldaşının Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğunu bildirərək bir çox xeyriyyə işləri gördüyünü deyir. Altı ildir yataqxanada yaşadığını deyən direktor müavini yazır:
 
"Mən Qədimova Həqiqət Kərim qızı Ağdam rayonunun Tağıbəyli kəndində anadan olmuşam. 1994-cü ildən məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışam. Ailəliyəm, üç övladım var. Sizin mənim haqqımda yazmış olduğunuz faktların heç bir əsası yoxdur. Mən 2000-ci ildən AMİ-nin Mingəçevir filialında lobarant kimi fəaliyyətə başlamışam. Sonra kafedra müdiri, dekan vəzifələrini icra etmişəm. Dosentəm. 2015-ci ildən Mingəçevir filialı məlum səbəblərdən ləğv olunandan sonra mən Zaqatala filialına direktor müavini göndərilmişəm. Bizim filial İqtisad Univrsitetinin tərkibinə daxil olanda mən prorektor işləyirdim. Mən Ədalət müəllimi heç tanımırdım. Bizim qohumluq əlaqəmiz yoxdur. Araşdıra bilərsiniz. Sizin mənim evim, obyektim gözəllik salonum olması haqqında fikirləriniz yanlışdır. Mənim həyat yoldaşım biznesmendi, rusiyada işləyir. Biz imkansız ailələrə həmişə yardım göstəririk. Hətta mən Mingəçevirdə işləyən vaxtı dörd tələbənin təhsil haqqınıda ödəyirdim, yoldaşımın sayəsində. Zaqatalada işlədiyim dövrdə altı ildir mən yataqxanada qalıram. Tələbələrə öz mənəvi dəstəyimi göstərirəm bir adam deyə bilməz ki, mən rüşvət alıram. Mən işimlə  fəxr edirəm. Tələbələr mənim yaşam səbəbimdir. Bu fikirləri sizə kim deyibsə ar olsun onlara. Sizdən xahiş edirəm araşdırın".
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook