Umberto Ekonun cəsədi yandırılacaq
Fevral 22
11:00
2016
Umberto Ekonun cəsədi yandırılacaq
İtaliyalı yazıçı və filosof Umberto Ekonun vida mərasimi fevralın 23-də baş tutacaq. Mərasim 1 saatdan çox çəkməyəcək.
Axar.az xəbər verir ki, bunu yazıçının yaxın dostu Mario Andreoze deyib. Andreoze Ekonun cəsədinin yandırılacağını bildirib: "Vida mərasimi Sforçesko qəsrinin həyətində keçiriləcək. Hazırda mərasimdə iştirak edəcək rəsmi şəxslərin siyahısı razılaşdırılır”.
Qeyd edək ki, ölümündən əvvəl İtaliya mədəniyyətinin tanınmış simaları dövlətə Ekonun dəfn mərasiminin təşkili üçün müraciət etmək istəsələr də, Eko buna razı olmamışdı.
Xatırladaq ki, məşhur italyan yazıçı Umberto Eko fevralın 19-da öz evində vəfat edib.



