SON XƏBƏR

"Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir" - Rutte

Aprel 16
09:45 2025
Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz.

"Reoport”un "RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib.

Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır:

"Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”.

Qeyd edək ki, Kiyev 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edib, lakin bu baş verməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook