Ukraynadan təxliyə olunan azərbaycanlıların qayıdış şəhadətnaməsi rüsumsuz olacaq
Mart 05
16:48
2022
Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.
Bu barədə "Report"a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.