SON XƏBƏR

Ukraynadan icazəsiz Krım üzərindən uçan təyyarələr cərimələnməyə başladı

Dekabr 27
15:07 2019
Ukrayna Kiyevlə razılaşdırmadan Krım üzərindən uçuşlar həyata keçirən aviaşirkətdən ilk ödənişi almağa nail olub.

Qaynarinfo xəbər verir ki, təxminən 6 min dollar cəriməni ödəyən aviakompaniya bu il avqustun 8-də yarımada üzərindən uçuş həyata keçirən Qazaxıstana məxsus Avro-Asiya Hava Yolları olub. Cərimə Ukrayna Dövlət Aviasiya Administrasiyası tərəfindən tətbiq edilib.

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi öz Feysbuk səhifəsində Qazaxıstan Hava Yollarının günahını etiraf etdiyini və könüllü olaraq cərimə ödədiklərini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook