Ukraynadakı erməni səfirindən Azərbaycana qarşı təxribat (FOTO)
Oktyabr 01
14:33
2019
Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan Azərbaycana qarşı təxribatla məşğuldur.
Qlobal.az modern.az-a istinadən xəbər verir ki, səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində və şəxsən səfir Tiqran Seyranyanın səhifəsində Qarabağa qanunsuz səfər etməklə bağlı çağırış yer alıb. Daha geniş auditoriya əldə etmək üçün həmin elan Ukrayna və ingilis dillərində yerləşdirilib.

Xatırladaq ki, erməni səfirin təxribatı Ukrayna Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarını Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya səfər etməməklə bağlı çağırışından sonra həyata keçirilib.