Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb
İyun 28
04:03
2022
Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
"Report”un məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb.
Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur.
Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib.