SON XƏBƏR

Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər gücləndirilir

Aprel 16
01:24 2019
Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər daha da gücləndirilir.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, hazırda sutka ərzində təxminən 6 min sərhədçi Ukrayna sərhədlərini qoruyur. Seçki ərəfəsində sərhədlərə daha 1300 nəfər əlavə qüvvə yerləşdiriləcək. Məqsəd Ukraynada təxribatların, qanunsuz silah-sursat daşınmasının, terrorun qarşısını almaqdır.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Prezidentlik uğrunda Vladimir Zelenski və Petro Poroşenko mübarizə aparacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook