Ukraynada partiya qərargahı partladıldı
Oktyabr 23
13:44
2015
Ukraynanın Denepropetrovsk vilayətində naməlum şəxslər "Dirçəliş” partiyasının qərargahına partlayıcı maddə atıblar
Qlobalinfo.az Modern.az-a istinadən bildirir ki, hadisə zamanı binada olan mühafizəçi qəlpə yaraları alıb.
Məlumatda qeyd edilir ki, oktyabrın 21-dən 22-nə keçən gecə yerli vaxtla saat 00:30-da partiyanın Sarı su şəhərindəki binasına iki naməlum şəxs yaxınlaşıb. Onlardan biri qapının şüşəsini sındıraraq içəriyə partlayıcı tullayıb.
Partlayış nəticəsində binanın şüşələri çilik-çilik olub, tavan dağılıb.



