Ukraynada bu görüntülərin yayımına - Qadağa
Oktyabr 20
11:23
2015
Ukrayna Dövlət Başçılığı İdarəsi prezident Pyotr Poroşenkonun Rusiya lideri Vladimir Putinlə salamlaşan kadrlarının televiziyalarda yayımına qadağan qoyub.
"
"Qlobalinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı "112 Ukraina” televiziyasının əməkdaşı Viktor Zubritskiy təsdiqləyib.
Qeyd edək ki, Poroşenko ilə Putin Fransanın paytaxtı Parisdəki "Normandiya Kvarteti" danışıqları əvvəlində salamlaşmışdı. Həmin görüntüləri ilk dəfə "112 Ukraina” yayımlanmışdı. Bunun ardından kanala Ukrayna Dövlət Başçılığı İdarəsi tərəfindən zəng daxil olaraq sözügedən görüntülər arxivdən silinməsi tələb olunmuşdu.



