Ukraynada atəşkəs olmadan ABŞ-Rusiya münasibətlərində ciddi dəyişiklik olmayacaq - Dövlət Departamenti

Aprel 11
01:04
2025
ABŞ hesab edir ki, Ukraynada atəşkəs əldə olunmadan Rusiya Federasiyası ilə münasibətlərdə heç bir dinamika gözləmək olmaz.
"Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, hazırda Rusiya ilə gündəmdə yalnız bir məsələ var, o da Ukraynada atəşkəsdir. Və bu məsələ həll olunana qədər başqa heç bir məsələyə baxılmayacaq", - Bryus bildirib.