SON XƏBƏR

"Ukraynada 750-dən çox mülki şəxs mina terrorunun qurbanı olub" - Britaniya kəşfiyyatı

Aprel 17
10:48 2023
"Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada 750-dən çox mülki şəxs mina terrorunun qurbanı olub”.

"Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, minaya düşən hər 8 nəfərdən 1-i uşaqdır: 
 
"Ukraynanın minalardan təmizlənməsi, çox güman ki, ən azı 10 il çəkəcək”.

Məlumata görə, Ukraynada minalardan ən çox Xerson və Xarkov sakinləri əziyyət çəkir: "Ukraynada hər gün mülki insanların minaya düşməsi barədə xəbərlər gəlir. Yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı ilə məşğul olması ilə bağlı olaraq mülki şəxslərin minaya düşməsi riski artacaq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook