Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb - Kelloq

Aprel 03
08:11
2025
Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.
"Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib.
"Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram", - Kelloq deyib.