Ukrayna tərəfi Medvedçukun mümkün mübadiləsinin təfərrüatlarını açıqlayıb
Aprel 19
02:26
2022
Dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan xalq deputatı, Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun mübadiləsi üçüncü tərəfin vasitəçiliyi ilə baş tutacaq.
"Report”un məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.
Danilov qeyd edib ki, Ukrayna razılaşmalara əməl etməyən Rusiya ilə qarşı-qarşıya olduğunu bilir, ona görə də vasitəçilər olmalıdır.



