Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrını həbs edilib
Yanvar 21
15:30
2025
Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrını həbs edib.
Məlumatda deyilir ki, baş psixiatra qarşı Ukrayna Müdafiə naziri və Silahlı Qüvvələrin Baş Komandanının dəstəyi ilə istintaq həyata keçirilib və məlum olub ki, Druz müharibə başlayandan bəri 1 miyon dollara yaxın vəsait əldə edib. Bu məbləğin əsasən orduya çağırılan şəxslərə saxta xəstəlik arayışı verilməsindən yığıldığı qeyd edilir.
İstintaqın məlumatına görə, o, 2022-2024-cü illər ərzində Kiyev şəhərində, Odessa və Kiyev vilayətlərində bir neçə daşınmaz əmlak, həmçinin bahalı avtomobillər, o cümlədən BMW markalı avtomobillər alıb. Axtarışlar zamanı ondan 152 min ABŞ dolları və 34 min avro götürülüb.