SON XƏBƏR

Ukrayna sərhədlərə nəzarət planını açıqladı - Putin imkan versə...

Dekabr 11
12:47 2019
Kiyev sərhədyanı ərazilərdə kiçik sahələri tədricən tutmağı və Donbasda seçkilərə bir gün qalmış sərhədi tam nəzarətə götürməyi planlaşdırır. Bu barədə "RBC” agentliyi məlumat verir. Ukrayna Donbas seçkiləri başlamadan öncə sərhədə tam nəzarət etmək üçün sərhədyanı əraziləri tədricən ələ keçirməyi planlaşdırır. Bu barədə jurnalistlərə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.

Müxbirlərdən biri qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin "dəqiq göstərib: əvvəl seçkilər, sonra sərhədə nəzarət”. 

Bunu nəzərə alan nazir tərəflərin sərhəd məsələsində kompromis əldə edə biləcəyini deyib. Avakovun sözlərinə görə, Ukrayna sərhədə nəzarəti "seçkilərə bir ay qalmış deyil, iki günə” əldə edəcək. "408 kilometrlik sərhədimiz var. Hər gün onu azaldacağıq. Seçkilərə bir gün qalmış bütün sərhəd nəzarətimizdə olacaq”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Donbas "silahlı qruplaşmalardan” azad edildikdən sonra Ukrayna Silahlı Qüvvələri həmin əraziyə daxil olacaq. Avakov Kiyevin "ərazi icmalarının” nümayəndələri ilə zonada patrul xidməti həyata keçirməyə hazır olduğunu bildirib. Nazir çox çətin dövr olacağını və bunun altı ay, bir il davam edə biləcəyini deyib. "Hazırıq. Ancaq bu, sonra – hamı hər şeylə razılaşdıqdan sonra olacaq. Hələlik isə onu görürük ki, Putin sərhədi bizə qaytarmağa hazır deyil”, - deyə Avakov bildirib. Daha əvvəl Putin qeyd edib ki, Ukrayna vaxtından əvvəl sərhədə nəzarəti ələ keçirsə, regionda 1995-ci il Bosniyanın Srebrenitse şəhərində yaşanan faciəvi hadisə təkrarlana bilər. Həmin vaxt serb ordusu əsasən müsəlmanlar tərəfindən məskunlaşmış şəhəri nəzarətə götürüb, nəticədə bir neçə min insan güllələnib.

Putin bir məqama da diqqət çəkib: Ukrayna prezidenti Vladimir Zelenski Donbasın Zolotoe qəsəbəsində sərhəd xəttində könüllülərlə görüşüb. Zelenski ilə mübahisə yaşandıqdan sonra könüllülərdən biri onun xahişini yerinə yetirmək istəməyib. 

"Orada kimin güclü olduğu aydındır. Bəs nə baş verəcək? İnsanlar zəmanətlə təmin edilmədən bu millətçilər həmin ərazilərə daxil olanda onlara kim rəhbərlik edəcək?”, - deyə Rusiya prezidenti məsələyə münasibət bildirib. 
 
Zelenski qeyd edib ki, sərhədə nəzarət məsələsində Putinlə aralarında fikirayrılığı mövcuddur.

"Sərhədə nəzarətin seçkilərə qədər olması ilə bağlı məsələ qaldırıram. Məncə, əsaslı danışıram”, - deyə Ukrayna lideri bildirib.

O, vurğulayıb ki, Rusiya tərəfi Ukraynanın keçmiş prezidenti Petr Poroşenko ilə imzalanmış sazişləri əsas gətirərək sərhədə nəzarəti Donbasda seçkilərdən sonra təhvil vermək istəyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook