SON XƏBƏR

Ukrayna səfiri "Katyuşa" mahnısına görə Türkiyəni hədələdi

May 13
12:02 2020
Türkiyənin Alanya bölgəsində Qələbə Günü münasibətilə təşkil edilən səyahət konsertində "Katyuşa” mahnısının səsləndirilməsi təxribatçı performansdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiha deyib. "Yəni artıq ukraynalı turistlər gözəl Alanyada xoş qarşılanmır?" - Sibiha Tvitterdə yazıb.

Qeyd edək ki, səyyari konserti Alanyanın yerli Rusiya Mədəniyyəti Birliyi təşkil edib. Birlikdən RİA-ya bildirilib ki, şəhər rəhbərliyi onların konsert keçirmək fikrini dəstəkləyib. Nəticədə, mobil platforma Alanyanın ətrafında beş saat gəzib, konsertdə müharibə mahnıları səslənib. Bəzən avtobus dayanıb, fəallar yoldan keçənlərə qırmızı qərənfillər bağışlayıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook