Ukrayna Rusiyanın iki nadir təyyarəsini vurub
Yanvar 15
12:13
2024
Ukraynanın Rusiya hərbi aviasiyasına qarşı uğurlu əməliyyatları davam edir.
"AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiya üçün strateji əhəmiyyət təşkil edən iki təyyarəni vura bilib.
Belə ki, Azov dənizi üzərində nadir radiolakasiya imkanlarına malik "A-50” ilkin xəbərdarlıq və idarəetmə təyyarəsi məhv edilib. Bundan əlavə, eyni gündə "İl-22M11” təyyarəsi vurulub.
Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinad edilən xəbərdə deyilir ki, yanvarın 14-ü axşam Ukrayna hərbçiləri Azov dənizi üzərində Rusiyanın "A-50” uzaqmənzilli radar aşkarlama və nəzarət təyyarəsini, daha sonar isə "İl-22” təyyarəsini vurub. Bu məlumatı hakim "Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Misyagin də yayımlayıb.
Qeyd olunur ki, "A-50” yanvarın 14-də saat 21:10-21:15 radələrində Kirillovka ərazisində xidmətə çıxdıqdan dərhal sonra vurulub. "A-50” radarlardan itib və taktiki aviasiyanın çağırışlarına cavab verməyi dayandırıb. Daha sonra Rusiya Aerokosmik Qüvvələrinin "Su-30” təyyarəsinin pilotu naməlum təyyarənin alışmasını və qəzaya uğramasını aşkar edib.
"İl-22M11” təyyarəsi Strelkovoye ərazisində növbətçilikdə olub və yanvarın 14-də saat 21:00 radələrində Azov dənizi sahilləri yaxınlığında vurulub. Bundan sonra Anapaya eniş etməyi planlaşdıran təyyarə evakuasiya tələb edib, aerodroma təcili yardım və yanğınsöndürən maşını çağırıb.
Qeyd edək ki, Rusiyanın nadir uzaq mənzilli radar müşahidə təyyarəsi olan "A-50” cəmi 30 ədəd istehsal edilib. SSRİ dövründə "A-50” Qərbin "AWACS” təyyarələrinin analoqu olmalı idi. "A-50” kəşfiyyat apardığı, rus qırıcılarına hədəf təyin etdiyi və raketləri idarə etdiyi üçün sözün əsl mənasında rus ordusunun "gözü”dür. Bu təyyarənin dəyəri 330 milyon ABŞ dollarından çoxdur.
"İl-22M” havadan mühafizə olunan idarəetmə mərkəzi, eləcə də SSRİ dövründə uzun mənzilli "İl-18” sərnişin təyyarəsi əsasında yaradılmış radiokəşfiyyat təyyarəsidir. İşğalın əvvəlində Rusiya ordusunda bu təyyarələrdən cəmin 12 ədəd olub. "İl-22M”-lərdən biri 2023-cü ilin iyununda Yevgeni Priqojinin üsyanı zamanı "vaqnerçilər” tərəfindən vurulub.
Hər iki təyyarə artıq Rusiyada istehsal olunmur.
Xatırladaq ki, ötən il fevralın 26-da Belarusun Maşulişşi aviabazasına PUA hücumu nəticəsində Rusiyanın daha bir "A-50” uzaqmənzilli radar aşkarlama və idarəetmə təyyarəsi zədələnmişdi.
O da qeyd olunur ki, bu təyyarənin vurulması nəticəsində Rusiyanın "Kinjal” raketlərindən istifadəsi çətinləşəcək.