SON XƏBƏR

Ukrayna Rusiyanın BMT TŞ-dən çıxarılmasını tələb edir – Kuleba açıqladı

Dekabr 26
17:57 2022
Ukrayna bazar ertəsi, dekabrın 26-da Rusiyanın BMT Təhlükəsizlik Şurasında gələcək iştirakı ilə bağlı məsələ qaldırmağı planlaşdırır.

"AzPolitika” UNİAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib. Onun sözlərinə görə, Rusiyanın bu təşkilatda təmsil olunmaq haqqı yoxdur.

"Sabah (bu gün-red) biz rəsmən bu mövqedən çıxış edəcəyik. Sualımız çox sadədir: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumilikdə BMT-də olmaq hüququ varmı? Bizim inandırıcı və əsaslandırılmış cavabımız var”, – Kuleba deyib.

Nazir əlavə edib ki, Rusiyanın Ukraynadakı məğlubiyyətindən sonra gələcəyi məsələsi artıq dünya diplomatiyasında müzakirə üçün qadağan deyil.

"Bu məsələlər hələ mətbuat konfranslarında və dövlət və hökumət rəhbərlərinin açıq bəyanatlarında müzakirə edilmir, lakin daha aşağı səviyyədə insanlar artıq sual verirlər – Rusiyanın sülh və təhlükəsizliyə təhlükə yaratmaması üçün nə olmalıdır?”, – Kuleba bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook