Ukrayna: "Rusiya adımızdan saxta məktub göndərib"
Aprel 13
20:54
2016
Rusiya Ukrayna Prezidenti Pyotr Poroşenkonun adından ABŞ-ın "Nyu York Tayms” qəzetinə saxta məktub göndərib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenkonun müşaviri Svatoslav Tsegolko deyib.
"Rusiyanın kəşfiyyat orqanları saxta məktub vasitəsilə Ukraynaya qarşı hibrid müharibəsi aparır. Poroşenko ilə bağlı "Nyu York Tayms”da məqalə yayımlamağa çalışdılar”, - Tsegolko vurğulayıb.
Qeyd edək ki, "Nyu York Tayms” qəzeti 31 mart tarixində yayımladığı məqalədə Ukrayna bataqlığa bənzədilmiş və Poroşenko hökumətinin lazımi islahatları keçirmədiyi vurğulanmışdı.