SON XƏBƏR

Ukrayna PUA-sı Rusiyanın aerodromuna hücum etdi, 3 rus hərbçi öldü - MN

Dekabr 26
11:14 2022
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hava hücumundan müdafiəsi Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşarkən Ukraynaya məxsus pilotsuz təyyarəni "vurub”. 

Qaynarinfo "İnterfaks”ın məlumatına istinadən xəbər verir ki, nəticədə üç rus hərbçi ölüb.

Bildirilir ki, dekabrın 26-da Moskva vaxtı ilə saat 1:35 radələrində Ukraynaya məxsus pilotsuz uçuş aparatı Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşarkən alçaq hündürlükdə Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə vasitələri ilə vurulub. "Pilotsuz təyyarənin qalıqlarının düşməsi nəticəsində aerodromda olan texniki heyətin üç rusiyalı hərbçisi ölümcül yaralanıb, - press-relizdə deyilir. - Aviasiya texnikasına ziyan dəyməyib”.

"Əziz həmvətənlər, bu axşam sosial şəbəkələrdə və mediada Engelsdə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı məlumatlar yayılır. Şəhərin yaşayış massivlərində heç bir fövqəladə hadisə baş verməyib”, - Saratov vilayətinin qubernatoru Roman Busargin öz Telegram kanalında bildirib.

O, əmin edib ki, "sakinlər üçün heç bir təhlükə yoxdur”, şəhərdən evakuasiya yoxdur, mülki infrastruktur obyektlərinə ziyan dəyməyib. "Hərbi obyektdə baş vermiş insidentlə bağlı məlumat hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır”, - qubernator əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook