Ukrayna prokurorluğundan Yanukoviçə “seksual hədiyyə"
Mart 02
11:37
2016
"Ukrayna Baş Prokurorluğunda Viktor Yanukoviçə geri qayıdışı üçün "seksual hədiyyə” var”.
"Qafqazinfo”-nun məlumatına görə, bu barədə prokuror Vladislav Kuçenko "112 Ukraina” telekanalında çıxışı zamanı bildirib.
"Biz onun üçün hətta, "seksual hədiyyə” hazırlamışıq ki, gəlsin. Təəssüf ki, gəlmir”, - deyə Kuçenko söyləyib.
Xatırladaq ki, dünən Yanukoviçin vəkili Viktor Şokin bəyan edib ki, onun müştərisi səlahiyyətlərindən imtina etmədiyi üçün əvvəlki kimi Ukrayna prezidenti hesab olunur: "Yanukoviç buna görə də ölkəyə qayıtmaq istəyir” .



