Ukrayna ordusu Sumı əyalətini azad edib
Aprel 08
08:23
2022
Ukraynanın Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib ki, bölgə rus işğalçılarından tamamilə azad edilib, lakin hələ də minalardan təmizlənməyə ehtiyac var.
Bu barədə "Report” Jiviskinin feysbuk hesabındakı açıqlamasına istinadən xəbər verir.
"Vilayətin ərazisi işğalçılardan azaddır, buna görə də partlayış səsləri eşidirsinizsə (son günlər çox olub), bilin ki, xilasedicilər və partlayıcı qurğular işləyir. Onlar torpaqlarımız rusiyalı hərbçilərdən qalan sursatları zərərsizləşdirirlər”, - Sumı Regional Dövlət Administrasiyasının rəhbəri yazıb.
O, meşə yollarından istifadə etməməyi məsləhət görüb. "Dağıdılmış texnikaya və ya işğalçıların dayanacaq kimi istifadə etdiyi yerlərə yaxınlaşmayın! Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma hələ təmizləmə vaxtı deyil. Əvvəlcə minalardan təmizlənilmə işləri aparılmalıdır”, - Jiviski əlavə edib.
Sumı Regional Dövlət Administrasiyasının aprelin 4-də bildirib ki, Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir. Dmitri Jiviski Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb.