SON XƏBƏR

Ukrayna müdafiə nazirindən xalqa müraciət

Mart 07
11:52 2022
"Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib.

Onun sözlərinə görə, rusların əsas hücum istiqamətləri Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləridir:

"Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var. Xalq böyük şücaət göstərir. Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook