Ukrayna Milli Bankı devalvasiyaya getməli olub
İyul 21
13:29
2022
Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.
"Report” UNIAN-a istinadən xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb.
Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.



