SON XƏBƏR

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Avqust 14
09:08 2025
Ukrayna hökuməti MDB dövlətlərinin imzaladığı daha bir sazişdən çıxmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkədən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında Sazişdən çıxma barədə qanun layihəsi təsdiqlənib", - deyə o yazıb.

Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook