SON XƏBƏR

Ukrayna işğal edilmiş torpaqların yarısını geri qaytarıb – Blinken

İyul 24
09:52 2023
Ukrayna Rusiyanın müharibə başlayandan bəri işğal etdiyi ərazilərin yarısını geri qaytarıb.

"AzPolitika.info” "Reuters”-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev daha çox əraziləri geri qazanmaq üçün "çox çətin mübarizə” ilə üzləşib.
 
"Bunlar hələ əks-hücumun nisbətən erkən günləridir" – deyən Blinken əks-hücum əməliyyatlarının bir neçə ay davam edə biləcəyini qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook