Ukrayna BMT-də iki dəfə İsrailə zidd qətnaməyə səs verib - Tel-Əviv məyusdur
Noyabr 14
11:10
2022
İsrailin Kiyevdəki səfiri Mixael Brodski sosial şəbəkələrdə bildirib ki, son iki həftə ərzində iki dəfə anti-İsrail qətnamələrini dəstəkləyən Ukraynanın BMT-də səsverməsi İsrail hakimiyyətini məyus edib.
Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.
Mixael Brodskinin sözlərinə görə, Ukraynanın "yəhudilərin Məbəd dağı ilə əlaqəsini inkar edən və Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyini tələb edən” "İsrailin hərəkətləri” qətnaməsini dəstəkləməsi məyusedicidir və ölkələr arasında etimad "qurulmasına töhfə vermir".
Bundan əlavə, Ukrayna İsrailin maraqlarına toxunan "Yaxın Şərqdə nüvə silahının yayılması riski” adlı qətnamənin lehinə səs verib: belə hesab edilir ki, İsrail rəsmi şəkildə qəbul etməsə də, Yaxın Şərqdə nüvə silahına malik yeganə dövlətdir.
BMT-də səsvermə Kiyevdə İsrailin Ukraynaya öldürücü silah tədarük etməkdən imtina etməsindən narazılığın artması fonunda keçirilib. Xatırladaq ki, oktyabrda İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Ukraynaya silah "satmadığını və satmayacağını” bildirmişdi.