SON XƏBƏR

"Ukrayna bizi dronlarla vurur...” – Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Mart 01
15:47 2023
Rusiya Müdafiə Nazirliyi Ukraynanı ittiham edərək fevralın 28-də gecə vaxtı Krasnodar diyarında və Adıgey Respublikasındakı mülki infrastruktur obyektlərinə dronlarla hücum etməkdə ittiham edib.

"AzPolitika.info” xəbər verir ki, nazirlik dronların Rusiya silahlı qüvvələrinin radioelektron mübarizə birləşmələri tərəfindən zərərsizləşdirildiyini iddia edib.

"Hər iki dron idarəsini itirərək uçuş trayektoriyasından çıxıb. Bir PUA trayektoriyasını dəyişərək çöllük əraziyə düşüb, ikinci dron isə hücum etdiyi mülki obyektə ziyan vurmayıb”, - açıqlamada qeryd olunur.

Xatırladaq ki, Rusiya "Telqram” kanalları fevralın 27-dən 28-ə keçən gecə Rusiyanın Krasnodar diyarındakı Tuapse şəhərinin neft bazasında yanğın baş verdiyini yazıb.

Şəhər administrasiyasının verdiyi məlumata görə yanğın gecə saat 2-də İndustrialnaya küçəsində baş verib. Burada Rosneft şirkətinin neft emalı zavodu yerləşir. Yerli sakinlər deyirlər ki, neft bazasının ərazisində bir neçə saniyə fasilə ilə iki partlayış səsi eşidilib.
 
Yaxınlıqdakı evlərin şüşələri sınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook