Ukrayna arxiyepiskopu Papaya İrpendən rus minasının parçasını hədiyyə etdi
Noyabr 08
10:51
2022
Ukrayna Yunan Katolik Kilsəsinin (UYKK) rəhbəri Svyatoslav Şevçuk Vatikanda Papa Fransiskə rus minasının bir parçasını təqdim edib. Bu, İrpendə məbədin fasadını zədələyən mina parçasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
"Bu simvolik hədiyyədir. Təkcə ona görə deyil ki, o, bizim İrpen şəhərindəki məbədimizi dağıdan rus minasının parçasıdır. Həm də ona görə ki, biz hər gün hərbçilərin, mülki insanların və hətta günahsız uşaqlar cəsədlərindən Rusiya mina, bomba və raketlərinin bu cür fraqmentlərini çıxarırıq. Bunlar Rusiyanın Ukrayna torpağına gətirdiyi total məhvetmə və ölümün görünən əlamətləridir”, deyə Svyatoslav bildirib.
Romadakı UYKK rəhbərinin katibliyinin məlumatına görə, Fransisk bir daha Ukrayna xalqı ilə həmrəyliyini ifadə edərək, duada və konkret hərəkətlərdə ukraynalıların yanında olduğunu bildirib.
Roma Papası daha əvvəl bildirmişdi ki, Ukraynaya qarşı müharibədəki qəddarlıq rus xalqına xas deyil. Fransiskin sözlərinə görə, o, ruslara hörmətlə yanaşır və onları humanist hesab edir. O, həmçinin qeyd edib ki, rus ədəbiyyatı çox humanistdir.
"Sadəcə bizi hələ də ruhlandıran, xristianları xristianlıq haqqında düşünməyə ruhlandıran Dostoyevski haqqında düşünün", detə Papa bildirib.
Bundan sonra Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş "rus humanizminin nəticələrini" öz gözləri ilə görmək üçün Roma Papasını Ukraynaya dəvət edib. Səfir pontifikin son açıqlamasını "Facebook”da şərh edib.
"Papanın inandığı rus "humanizmini” anlamaq üçün indi Ukraynaya baş çəkmək və bu rus "humanizmindən” "ləzzət alan” 4,5 milyon insanın necə işıqsız və susuz qaldığını görmək kifayətdir. Ukraynanı bombalamaq əmri və raket buraxılışlarının düymələrini muzdlular tərəfindən deyil, səmimi "humanistlər" - Dostoyevskinin davamçıları tərəfindən basılır", deyə Yuraş yazıb.